📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsrail və Bolqarıstan vətəndaşlarına Moldova və Dnestryanı bölgəni təcili tərk etmək xəbərdarlığı etdi

2022-04-29 12:35:00

İsrail və Bolqarıstan vətəndaşlarına Moldova və Dnestryanı bölgəni təcili tərk etmək xəbərdarlığı etdi

Bolqarıstan və İsrail aprelin 28-də Moldovaya və Rusiya tərəfindən işğal olunmuş Dnestryanı bölgəni tərk etmək barədə vətəndaşlarına xəbərdarlıq edib.

"Dnestryanı bölgədə təhlükəsizliklə bağlı vəziyyətin pisləşməsi və İsrail XİN-in orada yaşayan vətəndaşlara kömək göstərilməsilə əlaqədar imkanlarının məhdud olmasına görə vətəndaşlara buranı təkidlə tərk etmələri tövsiyyə olunur", deyə rəsmi Tel-Əviv bildirir. 
Bundan əvvəl ABŞ, Almaniya, Fransa və Kanada öz vətəndaşlarına Dnestryanıda "təhlükəsizlik vəziyyətinin pisləşməsi" ilə əlaqədar Moldovanı tərk etmələrini bildiriblər.

Ülviyyə, Hurriyyet.az