📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsrail və Hizbullah yeni razılaşma müzakirə edirlər

2024-05-03 11:09:03

İsrail və Hizbullah yeni razılaşma müzakirə edirlər

İsrail və Hizbullah ABŞ-ın vasitəçiliyi ilə yeni razılaşmanı müzakirə edirlər. Bu barədə İsrailin "Kan 11" telekanalında məlumat səsləndirilib. 
Hizbullahla müharibənin qarşısını almaq üçün ABŞ-ın vasitəçiliyi ilə aparılan danışıqların bir hissəsi kimi İsrail “sərhəd dəyişiklikləri” haqqında danışmağa hazırdır. Qeyd olunur ki, ABŞ prezidenti Bayden administrasiyasının irəli sürməyə çalışdığı təklif eskalasiyanın “dondurulmasını” ehtiva edəcək. Danışıqların nəticəsi olaraq, İsrailin əvvəldən tələb etdiyi kimi, Hizbullah Litani çayından o tərəfə deyil, bir neçə kilometr sərhəddən çəkiləcək.

Ülviyyə, Hurriyyet.az