İsrail və Misir Rəfah keçid məntəqəsinin idarə olunması ilə bağlı razılığa gələ bilmirlər
2024-07-18 10:54:23
ABŞ, İsrail və Fələstin Muxtariyyəti Qəzza zolağının Misirlə sərhədində yerləşən Rəfah keçidinin açılması ilə bağlı gizli danışıqlar aparır. Bu barədə "Axios" İsrail və Amerika rəsmilərinə istinadən yazır.
Qeyd olunur ki, bu, adı çəkilən tərəflərin müharibə başlayandan bəri “ertəsi gün” hadisələrini müzakirə etmək üçün ilk rəsmi görüşüdür.
İsrail və Misirin hələlik bu keçid məntəqəsini kimin idarə edəcəyi ilə bağlı razılığa gələ bilmədikləri vurğulanır. Qahirə Fələstin Muxtariyyəti rəsmilərinin iştirakını istəyir, İsrail tərəfi isə buna qarşıdır.
Ülviyyə, Hurriyyet.az