📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsrail və Ukrayna bir-birinin vaksin pasportlarını tanıyacaq

2021-10-01 17:06:00

İsrail və Ukrayna bir-birinin vaksin pasportlarını tanıyacaq

Ukraynanın İsraildəki səfirliyinin mətbuat xidmətindən 1 oktyabrda verilən məlumata görə, Ukrayna və İsrail koronavirus peyvəndi pasportlarının qarşılıqlı tanınmasına dair razılaşmaq üzrədir.
Söhbət yalnız ABŞ Səhiyyə və Sosial Xidmətlər Departamentinin agentliyi olan Qida və Dərman İdarəsi (FDA) tərəfindən təsdiq edilmiş preparatlarla peyvənd edilmiş pasportlardan gedir.
Xəbər verilir ki, İsrailin turizm naziri Konstantin Razvozov və Ukraynanın İsraildəki səfiri Yevgeni Korniyçuk Ukrayna sakinlərinin İsrailə turist və işgüzar səfərlərinin bərpasını müzakirə etmək üçün görüş keçirmişlər. Korniyçuk Ukraynada peyvənd kampaniyasının gedişi, habelə ölkədəki epidemiya vəziyyəti barədə məlumat verib.
"İsrailli nazir, öz növbəsində, oktyabr ayının sonundan etibarən mütəşəkkil turist və işgüzar səfərləri bərpa etmək üçün İsrail hökuməti tərəfindən plan hazırladığını açıqladı", məlumatda deyilir. Qeyd edək ki, İsrail və Ukrayna pasportlarının qarşılıqlı tanınması ilə bağlı danışıqlar mart ayında başlayıb. Daha sonra İsrail, "CoviShield" peyvəndlərini tanımayacağını açıqladı.

Ülviyyə, Hurriyyet.az