📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsrail vətəndaşlarına Türkiyəyə getməmək çağırışı edildi: “...Həyatınızdan qiymətli deyil”...

2022-06-13 18:47:00

İsrail vətəndaşlarına Türkiyəyə getməmək çağırışı edildi: “...Həyatınızdan qiymətli deyil”...

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, İsrail dövləti öz vətəndaşlarını həyati zərurət yaranmadığı hallarda Türkiyə səfərlərdən çəkinməyə çağırıb. Bu açıqlamanı İsrailin Xarici İşlər nazir Yair Lapid verib.

Lapid parlamentdəki “Yeş Atid” fraksiyasının iclasındakı çıxışı zamanı deyib: “Son həftələrdə Türkiyədə baş verən hadisələrdən – İranın İstanbulda istirahət edən israillilərə qarşı terror aktları törətmək cəhdlərindən sonra israilliləri həyati zərirət yaranmadığı halda İstanbula, ümumiyyətlə Türkiyəyə uçmamağa çağırırq. Əgər artıq İstanbuldasınızsa, mümkün olduğu qədər tez bir zamanda İsrailə qayıdın”.

Nazirin sözlərinə görə, terror aktları məzuniyyətdə olan israillilələrə qarşı hazırlanıbmış: “Terrorçular oğurlamaq, yaxud da öldürmək niyyəti ilə məqsədyönlü şəkildə İsrail vətəndaşlarını seçirlər. Bununla hamı qarşılaşa bilər. Bu, real və birbaşa təhlükədir. Əgər İstanbula uçuş planlaşdırmısınızsa, onu ləğv edin. Heç bir məzuniyyət sizin və yaxınlarınızın həyatından qiymətli deyil. Bizim tövsiyələrimizə qulaq asın, vəziyyətin qiymətləndirilməsinə müvafiq şəkildə göstərişlərimizi daim yeniləyirik”.

Hürr Tərcüman