📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsrail xarici ölkələrdəki səfirliklərini köçürür

2023-10-18 17:33:29

İsrail xarici ölkələrdəki səfirliklərini köçürür

Hurriyyet.az xəbər verir ki, İsrail dövəti Misir və Mərakeş dövlətlərindəki diplomatik nümayəndəliklərini təxliyə edib. Məlumatı “Yediot Ahronot” (Yedioth Ahronoth) nəşri verib. Xəbərdə bunun səbəbinin Qəzza sektorundakı vəziyyətlə əlaqədar keçirilən kütləvi etiraz nümayişləri olduğu bildirilir.

Mətbuatın yazdığına görə, İsrailin bütün dünyadakı səfirliklərində yüksək hazırlıq rejimi elan edilib. Səfirliklərin əməkdaşlarına zərurət olmadığı təqdirdə evlərini tərk eləməmək tövsiyə edilib.

Hürr Tərcüman