İsrail XİN: "Onların axmaqlığı bizə mane olmayacaq"
İsrail Xarici İşlər Nazirliyi Fələstinin tanınmasına görə iki Avropa ölkəsindən səfirlərini geri çağırır. Ölkənin XİN rəhbəri İsrael Katz bildirib ki, Fələstin dövlətinin tanınması İsrailin təhlükəsizliyini və suverenliyini təhdid edir.
“Mən İsrailin İrlandiya və Norveçdəki səfirlərinin Fələstin dövlətini tanımaq qərarı fonunda məsləhətləşmələr üçün dərhal geri çağırılmasını əmr etmişəm. İrlandiya və Norveçə aydın və birmənalı mesaj göndərirəm: İsrail onun suverenliyinə xələl gətirən və təhlükəsizliyini təhdid edənlərin qarşısında səssiz qalmayacaq”, deyə İsrail Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.
Katz İspaniyanın Fələstini tanımaq vədini yerinə yetirəcəyi təqdirdə İspaniyaya daha ağır nəticələrlə bağlı xəbərdarlıq edib: “İsrail səssiz qalmayacaq - daha dəhşətli nəticələr olacaq. Əgər İspaniya Fələstin dövlətini tanımaq niyyətinə əməl etsə, ona qarşı da oxşar addım atılacaq”.
Ülviyyə, Hurriyyet.az