📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"İsrail yalnız bu halda müharibəni dayandıra bilər" - Netanyahu

2024-07-04 23:34:23

İsrailin baş naziri Binyamin Netanyahu ABŞ prezidenti Co Baydenə zəng edərək Qəzza zolağında hərbi əməliyyatın yalnız bütün məqsədlərinə çatdıqdan sonra başa çatacağını bildirib.

Hurriyyet.Az "TASS"a istinadən xəbər verir ki, bu barədə İsrail hökumətinin başçısının ofisi məlumat yayıb.

“Baş nazir girovların azad edilməsi üçün və danışıqları davam etdirmək üçün bir qrup göndərmək qərarı barədə prezidenti məlumatlandırdı və İsrailin sadiq olduğu prinsipləri təsdiqlədi, bunlardan ən başlıcası müharibəni yalnız bütün məqsədləri yerinə yetirildikdən sonra dayandırmaq öhdəliyidir”, - məlumatda bildirilir.