İsrail yanğınlarla bağlı yardım istədi
2025-04-30 23:28:31
Qüdslə Təl-Əviv arasındakı 5 yaşayış məntəqəsi yanğınlar səbəbilə boşaldıldığı halda, İsrail hökuməti beynəlxalq yardım çağırışı edib. Yanğın İsrailin bazalarına da çatıb, çoxlu əsgər alovlar arasında qalıb.
İsrail yanğınsöndürmə idarəsi Qüds ilə Təl-Əviv arasındakı Eştaol meşəsində başlayan və yayılan yanğın səbəbilə Neve Şalom, Bekoa, Taoz, Nashon və Mesilat Sion yaşayış məntəqələrinin boşaldıldığını açıqlayıb.

İsrail dövlət televiziyası KAN, Təl-Əviv vasitəsilə yanğınlara cavab vermək üçün Yunanıstan, Xorvatiya, İtaliya və Cənubi Kipr Rum Administrasiyası da daxil olmaqla 6 ölkədən beynəlxalq yardım istənilib. Beləliklə, yanğınsöndürmə təyyarələrinin gəlməsi üçün hazırlıqlara başlanılıb. \\Manşet.Az