📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsrail yeni müharibə astanasında! - Quterriş xəbərdarlıq etdi

2024-06-07 11:55:37

İsrail yeni müharibə astanasında! - Quterriş xəbərdarlıq etdi

Hurriyyet.az xəbər verir ki, BMT-nin Baş katibi Antoniu Quterriş Livan ilə İsrail arasındakı sərhəddə hərbi əməliyyatları dayandırmağa çağırıb, münaqişənin miqyasının genişlənib böyük müharibəyə çevrilə biləcəyi barəsində xəbərdarlıq edib.
İsrailin şimal sərhəd zonasına səfər etmiş Baş nazir Binyamin Netanyahu çərşənbə günü çıxışında ölkəsinin sərhəd boyunca çox güclü əməliyyyatlara hazır olduğunu bəyan etmişdi.
BMT-nin mətbuat katibi Stefan Düjarrikin yaydığı açıqlamada deyilir: "Atışmalar davam etdiyi üçün Baş katib yenidən tərəfləri dərhal atəşi dayandırmağa çağırır. Bu atışmalar region üçün dağıdıcı fəsadlar doğuracaq daha böyük münaqişəni alovlandıra bilər".
Quterriş tərəfləri BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinə riayət etməyə çağırıb - həmin sənəd 2006-cı ildə İsrail ilə "Hizbullah" təşkilatı arasında müharibəni dayandırmışdı.
Hürr Tərcüman