📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsrail yenidən İrana hücum edə bilər - "Tel-Əvivin uzun əli Təbrizə çatacaq"

2025-07-11 09:48:50

İsrail yenidən İrana hücum edə bilər -

Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla  xəbər verir ki, İsraildə İrana hücumların yenidən başladılmasının mümkünlüyü barəsində bəyanat verilib. 
İsrailin müdafiə naziri İsrael Katz zərurət yaranarsa, İrana əvvəlkindən də güclü zərbələr endiriləcəyini söyləyib. Nazir İsrailə təhdid olacağı təqdirdə Tel-Əvivin "uzun əlinin" Tehranda, Təbrizdə, İsfahanda İslam Respublikasının rəhbərliyinə çatacağını deyib.
Hürr Tərcüman