📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsraildə azərbaycanlılar əsir götürülüb? - XİN-dən REAKSİYA

2023-10-16 17:45:30

İsraildə azərbaycanlılar əsir götürülüb? - XİN-dən REAKSİYA

Mətbuatda oktyabrın 7-də HƏMAS və İslami Cihad qruplaşmalarının İsrailə hücumu zamanı vətəndaşları öldürülən, əsir və itkin düşən ölkələrin siyahısı dərc olunub. 

İddiaya görə, İsraildə 3 azərbaycanlı qətlə yetirilib, 14 nəfər itkin düşüb, 1 nəfər isə girov götürülüb. Siyahıda göstərilən vətəndaşların sayı ilə bağlı bəzi məlumatlar ölkələrin rəsmi statistikasına uyğun gəlmir.

 Azərbaycan Xarici İşlər Nazirliyi 7 nəfər azərbaycan əsilli şəxsin həlak olması barədə xəbər yayıb.  

Girov götürülən azərbaycanlıların olub-olmaması isə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə bildirib ki, bununla bağlı informasiya həqiqəti əks etdirmir:

“Azərbaycanlıların İsraildə girov götürülməsi ilə bağlı məlumat öz təsdiqini tapmayıb. Bununla bağlı Azərbaycanın İsraildəki səfirliyinə tapşırıq verilib, araşdırma aparılır. Hələlik məlumat yoxdur”.