📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsraildə deputatlar Baş nazir postuna onun namizədliyini dəstəklədilər

2026-11-06 15:33:47

İsraildə deputatlar Baş nazir postuna onun namizədliyini dəstəklədilər

İsrailin müxalif “Yaşar” partiyasının lideri Qadi Ayzenkot ölkənin baş naziri vəzifəsinə namizəd olmaq üçün yeni seçilmiş Knesset deputatlarının dəstəyini alıb.

Hurriyyet.net  İsrail mətbuatına istinadən xəbər verir ki, siyasətçinin namizədliyini yeni çağırış parlamentin 120 deputatından 67 nəfəri dəstəkləyib.

İsrail Prezidenti İshak Hersoqla keçirilən məsləhətləşmələr zamanı birləşmiş müxalifətin bütün partiyaları və hər iki ərəb siyasi qüvvəsi Ayzenkotun lehinə çıxış edib. Hazırkı Baş nazir Benyamin Netanyahunun namizədliyini 46 deputat dəstəkləyib, daha 7 nəfər isə tərəflərdən heç birinə dəstək ifadə etməyib.  

Prosedura əsasən, dövlət başçısı Nazirlər Kabinetinin formalaşdırılmasını namizədlərdən birinə həvalə etməlidir. 

Birinci namizədə hökumətin formalaşdırılması üçün müddətin iki həftə uzadılması imkanı ilə 28 gün veriləcək. Uğursuzluq halında bu hüquq digər parlamentariyə keçəcək. Növbəti dəfə kabineti formalaşdırmaq mümkün olmazsa, 90 gün ərzində yeni seçkilər təyin olunacaq.

Qeyd edək ki, oktyabrın 27-də keçirilmiş parlament seçkilərinin  nəticələrinə əsasən, Netanyahunun bloku 120 yerlik Knessetdə 53 mandat qazanıb. Müxalifət bloku isə 48, ərəb partiyaları isə 19 yer əldə ediblər. Dayanıqlı hakim koalisiyanın yaradılması üçün namizədin ən azı 61 deputatın dəstəyini əldə etməsi tələb olunur, lakin hələlik heç bir blok mütləq çoxluğu əldə edə bilməyib.