📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsraildə ehtiyatda olan minlərlə hərbçi təlimə ÇAĞRILDI

2021-12-11 23:53:00

İsraildə ehtiyatda olan minlərlə hərbçi təlimə ÇAĞRILDI

İsrail ordusu ölkənin cənubunda hərbi təlimlərə başlayır.

Bu barədə ordunun mətbuat xidmətindən məlumat verilib.

"Təlim zamanı bütün ölkə ərazisində qüvvələrin sürətli hərəkəti, silah və ağır hərbi texnikanın daşınması həyata keçiriləcək. Təlimlərdə minlərlə ehtiyatda olan hərbçi də iştirak edəcək. Onlar yaxın saatlarda hərbi xidmətə çağırılacaq və qeydiyyata alınacaqlar", - məlumatda qeyd olunub.

Vurğulanıb ki, təlimin keçirilməsində məqsəd istənilən ssenariyə hazırlığı yüksək səviyyədə saxlamaqdır. \\Ölkə.az