İsraildə ən güclü "Nvidia" superkompüteri yaradıldı
2023-05-29 16:57:00
"Nvidia" İsraildə ən güclü superkompüterin yaradıldığını elan etdi. Bu superkompüter “İsrail-1” adlanır.
"İsrail-1" superkompüterindən generativ süni intellekt sistemlərinin yaradılması üçün istifadə olunacaq. Bildirilir ki, 8 eksaflop gücü ilə kompüter saniyədə 8 kvintilyon əməliyyat yerinə yetirə biləcək. "Israil-1" kompüteri "256 Dell HGX H100" cihazını "2048 80GB Nvidia H100 GPU" və "2560 İsrail dizaynlı BlueField-3 DPU" ilə birləşdirəcək.
Daha sonra "Nvidia" onu "DGX Cloud" superkompüter xidmətinin bir hissəsi kimi inteqrasiya etməyi, onun vasitəsilə süni intellekt generativ sistemləri üçün təlim və aktivləşdirmə xidmətləri göstərməyi planlaşdırır.
Ülviyyə, Hurriyyet.az