📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsraildə Makronu "ikiüzlü" adlandırdılar

2024-10-07 15:22:16

İsraildə Makronu

Hurriyyet.az xəbər verir ki, İsrailin irs naziri Amihay Eliyahu Fransa Prezidenti Emmanuel Makronun X şəbəkəsindəki yazısına şərh verərkən onu ikiüzlü adlandırıb.
Makron ivrit dilində yazmışdı: "Ağrı bir il əvvəlki qədər kəskin olaraq qalır. İsrail xalqının ağrısı. Bizim ağrımız. Yaralı bəşəriyyətin ağrısı. Biz qurbanları, girovları, itki və intizarın qəlblərini yaraladığı ailələri unutmuruq. Onların hallarına yandığımı bildirirəm". 
Eliyahu deyib: "Bir əli ilə bu mətni yazan şəxs, o biri əli ilə İsrailə silah tədarükünə embarqonu imzalayır. İkiüzlüdür".
Hürr Tərcüman