📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsraildə müharibəyə digər ölkələr qoşula bilər – Kreml

2023-10-09 16:37:33

İsraildə müharibəyə digər ölkələr qoşula bilər – Kreml

Fələstin-İsrail münaqişəsi eskalasiya yolu ilə inkişaf edir, üçüncü qüvvələrin cəlb olunması riski yüksəkdir.

Hurriyyet.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

“Danışıqlar prosesinin yollarını tapmalı və güc yolu ilə həll rejimindən çıxmalıyıq. Qəzzadakı vəziyyət ciddi narahatlıq doğurur - orada nə baş verdiyini anlamaq çətindir və oradakı vətəndaşların taleyi Rusiya üçün vacibdir. HƏMAS-ın Kiyevdən silah alması ilə bağlı xəbərlərə gəlincə, İsrail silah təchizatı mənbələrini öyrənəcək, gözləmək lazımdır. Moskva ilə HƏMAS münasibətləri haqqında danışmaq hələ tezdir, ilk növbədə vəziyyət qaynar müharibə mərhələsindən çıxmalıdır”, - o bildirib./axar.az/