📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsraildə ölümcül 36 saat başlayır – ABŞ -dən vətəndaşlarına "başınızı götürüb qaçın" çağırışı

2026-09-20 13:52:46

İsraildə ölümcül 36 saat başlayır – ABŞ -dən vətəndaşlarına

Yaxın Şərqdə gərginliyin artması fonunda İsraildə mülki aviasiyanın fəaliyyətində ciddi fasilələrin yarana biləcəyi ilə bağlı xəbərdarlıq edilib.

Hurriyyet.media  xəbər verir ki, ABŞ-ın Qüdsdəki səfirliyi İsraildə olan Amerika vətəndaşları üçün təhlükəsizlik xəbərdarlığı yayıb.

Səfirliyin bildirişində Yaxın Şərqdə gərginliyin eskalasiyasının aviareyslərin pozulmasına, hava məkanının bağlanmasına, eləcə də sərnişinlərin səfərlərinə təsir göstərə biləcək müxtəlif məhdudiyyət və dəyişikliklərə səbəb ola biləcəyi qeyd olunur.

Bundan əvvəl İsraildəki beynəlxalq hava limanlarının sabah Qüds vaxtı ilə saat 12:00-dan başlayaraq 36 saat müddətinə uçuşlar üçün bağlanacağı barədə məlumat yayılıb.

ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi də ölkədə yaşayan ABŞ vətəndaşlarına müraciət edərək Yaxın Şərqdəki mövcud vəziyyəti nəzərə almağa çağırıb. O bildirib ki, bayram günləri başa çatdıqdan sonra da mülki aviasiyada məhdudiyyətlər və fasilələr davam edə bilər.

Səfir İsraildə qalması zəruri olmayan ABŞ vətəndaşlarına ölkəni tərk etməyi tövsiyə edib.