İsraildə seçkilər – Netanyahu qayıdacaqmı?
Hurriyyet.az xəbər verir ki, İsrailin keçmiş Baş naziri Binyamin Netanyahunun “Likud” partiyasının rəhbərlik elədi olduğu sağçı və dini partiyalar bloku ölkədə noyabrın 1-də keçirilmiş növbədənkənar parlament seçkilərinin nəticələrinə görə liderlik edir. “Tayms of İsrael” (The Times of Israel) nəşrinin yazdığına görə, səslərin 93,2%-nin hesablanmasından sonra bu blokun Knessetdəki 120 yerdən 65-nə mandat qazandığı bəlli olub.
1 milyondan artıq seçicinin lehinə səs verdiyi “Likud” partiyası 32 parlament kürsüsünü qazanıb. Bloka daxil olan sağçı dindar “Dini soinizm” partiyası 14 mandat, ŞAS və “Tövratın birləşmiş iudaizmi” partiyaları müvafiq olaraq 11 və 8 yer əldə edib.
Nəticələr tam açıqlanana qədər bu tendensiya davam eləsə, Netanyahu sağ blokdakı tərəfdaşları ilə möhkəm koalisiya hökuməti qura bilər.
İndiki Baş nazir Yair Lapidin “Yeş atid” partiyası 24 mandatla 2-ci yerdədir. İndiki Müdafiə naziri, Netanyahunun əleyhdarı Beni Hantsın “Dövlət düşərgəsi” 12, ərəblərin “Raam” partiyası 5, Aviqdor Libermanın “Evimiz – İsrail” partiyası 4, HADAŞ-TAAL ərəb bloku da 4 mandat qazanıb.
Hürr Tərcüman