📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsraildə səfirliyimizin təsis edilməsi... - Nazir

2022-11-19 15:31:00

İsraildə səfirliyimizin təsis edilməsi... - Nazir

Azərbaycanın İsraildə səfirliyinin təsis edilməsi ölkələr arasında əməkdaşlığın genişləndirilməsinə töhfə verəcək.

Hurriyyet.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Tvitter hesabında paylaşım edib.

“Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın həmsədri olaraq Azərbaycanın İsraildə səfirliyinin təsis edilməsinin ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi, iqtisadi-ticarət əlaqələrinin təşviqi və tərəfdaşlığımızın daha da gücləndirilməsi istiqamətində fəaliyyətimizə mühüm töhfə verəcəyinə inanıram”, - paylaşımda bildirilib.

axar.az