İsraildə Telman İsmayılovun 3 milyon dollarlıq əmlakına həbs qoyulub
2021-12-08 10:26:00
İsrailin Təl-Əviv məhkəməsi Rusiyanın “Çerkizovski” bazarının keçmiş sahibi Telman İsmayılovun 3 milyon ABŞ dolları dəyərində iki evinə həbs qoyub.
Hurriyyet.az Report-a istinadən xəbər verir ki, bu barədə VTB-nin tərkibinə daxil olan VMT bankının mətbuat xidməti məlumat yayıb.
“VTB mövcud qanunvericilik çərçivəsində Telman İsmayılovun borcunun alınması üçün bütün lazımi tədbirləri görməyə davam edəcək”, - bankın mətbuat xidmətindən bildiriblər.
Telman İsmayılov özü hazırda Monteneqrodadır və Rusiya hakimiyyəti onun ekstradisiyasını tələb edir. Rusiya Telman İsmayılovu 2017-ci ildə qiyabi həbs edib, o, 2018-ci ildən beynəlxalq axtarışdadır.
Telman İsmayılov iş adamları Vladimir Savkin və Yuri Brilevin qətlinin təşkilində ittiham olunur.