📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsraildə yenidən güclü meşə yanğını başlayıb - Video

2025-04-30 17:00:28

İsraildə yenidən güclü meşə yanğını başlayıb - Video

İsraildə Yerusəlim yaxınlığında güclü meşə yanğınları başlayıb.

Hurriyyet.az xəbər verir ki, ölkə polisi Neve Shalom, Nahshon, Bekoa və Latrun yaşayış məntəqələrindən sakinlərin dərhal təxliyəsini elan edib. 

Bununla yanaşı, sözügedən ərazilərin yaxınlığında olan bütün açıq məkanları tərk etmək barədə xəbərdarlıq edilib. 

Yanğınların söndürülməsinə 11 xüsusi təyyarə və 2 helikopter cəlb edilib. Güclü külək alovun daha geniş əraziyə yayılmasına səbəb olur.

Qeyd edək ki, bir həftə əvvəl eyni ərazidə, Yerusəlim dağları yaxınlığında güclü yanğınlar qeydə alınmışdı. Bu zaman da onlarla sakin təxliyə edilmişdi. Yanğın təqribən min hektar meşə ərazisini məhv edib.

Qafqazinfo.az