İsraildən açıqlama: “İranı vurmağa hazırlaşırıq”
2021-12-02 13:17:00
Hurriyyet.az “Akşam” nəşrinə istinadən xəbər verir ki, İsrail ordusunun mətbuat xidmətinin rəhbəri, briqada generalı Ran Koxav ordunun İranı vurmaq üçün bütün ssenarilərə hazırlaşdığını söyləyib.
Koxav dünən İsrail radiosuna müsahibəsində deyib: “Siyasi təfərrüatlara varmayacağam, lakin keçmişdə də söylədiyimiz kimi, bütün ehtimallara hazırlaşırıq. İrana qarşı planlarımızı sürətləndirdiyiizi söyləyəndə məhz bunu nəzərdə tuturam”.
İsrail ordusunun açıqlaması İranla nüvə müqaviləsi danışıqlarının bərpası fonunda səslənib. İran ona qarşı sanksiyaların ləğv edilməsini tələb edir.
Hürr Tərcüman