İsraildən BMT-yə qarşı qərar
2023-10-25 10:37:45
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, İsrail BMT təmsilçilərinə viza verməyi dayandırmağı qərara alıb. Bu barədə açıqlamanı İsrailin BMT-dəki daimi nümayəndəsi Qilad Erdan verib.
Bunun səbəbi BMT-nin baş katibi Antonio Quterreşin Fələstini dəstəkləməsi, o cümlədən “oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumuna təkan verən yəhudi dövlətinin Fələstin ərazilərinə nəzarətini davam etdirməsidir” bəyanatı verməsidir.
Erdan “Galei Tzahal” adlanan ordu radiosunun efirində deyib: “Onun (Qiterreşin) sözlərinə görə, biz BMT təmsilçilərinə viza verməkdən imtina edəcəyik”. Qeyd edək ki, həmin açıqlamadan sonra Erdan dərhal Quterreşin vəzifəsindən istefa verməli olduğunu bəyan eləmişdi.
Hürr Tərcüman