📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsraildən Kaxovka bəndini hansı ölkənin partlatdığı barəsində açıqlama

2023-06-07 15:03:00

İsraildən Kaxovka bəndini hansı ölkənin partlatdığı barəsində açıqlama

Hurriyyet.az xəbər verir ki, İsrailin Xarici İşlər naziri Eli Kohen “Reşet Bet” nəşrinə müsahibəsində Ukraynanın cənubundakı Xerson vilayətində yerləşən Kaxovka SES-in bəndinin partladılmasınından danışarkən deyib: “Biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik. Qiymətləndirmələrə görə, bəndi Rusiya partladıb”.

İsrailin XİN rəhbəri daha sonra söyləyib: “Bu gün İranın silahları Ukrayna vətəndaşlarını öldürür”.

Qeyd edək ki, 1922-ci ildə Rusiya ordusunun Ukraynadan aldığı Kaxovka şəhərinin keçmiş adı İslam-Kermen, Aslan-Kermen olub.

1686 – 1700-cü illər Rusiya-Türkiyə müharibəsi zamanı şəhər işğal edilib.

1492-ci ildən Krım tatarlarının xanı I Məngli Gəray tərəfindən əsası qoylan İslam-Kermen qalası 1791-ci ildən  qubernator Vasili Kaxovskinin şərəfinə Kaxovka adlandırılmışdır.

Hürr Tərcüman