📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsraildən sərt reaksiya: Yasınızı Türkiyədə tutun!

2024-08-02 15:15:03

İsraildən sərt reaksiya: Yasınızı Türkiyədə tutun!

Xarici İşlər Nazirliyinin rəsmilərinə İsmayıl Haniyənin öldürülməsi ilə bağlı Türkiyənin Təl-Əvivdəki səfirliyində türk bayrağının yarıya endirilməsindən sonra Ankaranın İsraildəki səfirliyinin vəkilini sərt qınaq üçün çağırmağı tapşırmışam.

Hurriyyet.az xəbər verir ki, bu barədə İsrail xarici işlər naziri İsrail Katz X hesabında yazıb.

“HƏMAS-a başçılıq edən və yoldaşları ilə birlikdə televiziyada dəhşətli görüntülərə baxaraq, qatillərə uğurlar diləyən İsmayıl Haniyə kimi qatil üçün yas mərasiminə İsrail dövləti dözməyəcək. Türkiyənin Təl-Əvivdəki səfirliyinin məmurları yas tutmaq istəyirlərsə, Türkiyəyə gedib terror təşkilatı HƏMAS və onlara dəstək verən Ərdoğanla birlikdə yas tutsunlar", – nazir bildirib.