📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsraildən təxliyəyə ehtiyac var? – XİN-dən açıqlama

2023-10-09 12:20:03

İsraildən təxliyəyə ehtiyac var? – XİN-dən açıqlama

İsraildən təxliyə məsələsi hələ ki gündəlikdə deyil.

Hurriyyet.az xəbər verir ki, bunu Report-a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ayxan Hacızadə deyib.

O bildirib ki, İsraildən çıxmaq istəyənlər və bununla bağlı müraciət edənlər azdır:

“Onlar da müntəzəm reyslərlə Azərbaycana gəlirlər. Yəni hələ ki təxliyəyə ehtiyac yoxdur. Belə bir məsələ nəzərdə tutulmayıb”.