İsrailə 7 raket atılıb
2023-04-06 12:14:00
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, aprelin 6-da Qəzzadan İsrail ərazisinə “yer-hava” tipli 7 ədəd raket atılıb, onlardan 5-i ölkə ərazisinə düşüb. Raketlərin havada partladığı bildirilir. Dağıntılar və itkilər barəsində məlumat yoxdur.
İsrail ordusunun açıqlamasında HHM sistemlərinin işə salınmadığı deyilir: “Qəzza sektorundan “yer-hava” tipli yeddi raket buraxılıb. Onlardan beşi İsrail ərazisinə, ikisi isə Qəzza sektorundakı dəniz tərəfinə düşüb. Zərbələri dəf edən raketlər işə salınmayıb”.
Hürr Tərcüman