"İsrailə casusluqda şübhəli bilinən İran generalı həbs edilib" - “The New York Times”
2022-06-29 16:28:00
İran İnqilab Keşikçiləri Qvardiyasının briqada generalı Əli Naseri İsrailə casusluqda şübhəli bilinərək həbs edilib.
Hurriyyet.az xəbər verir ki, məlumatı ABŞ-ın “The New York Times” qəzeti yayıb.
Bildirilib ki, qvardiyada təhlükəsizlik məsələləri üzrə məsul şəxsin həbsi faktı məxfi saxlanılır. (Report)