“İsrailə qarşı beş cəbhə açıla bilər”
Hurriyyet.az xəbər verir ki, Bəhreyn ilə Səudiyyə Ərəbistanında fəaliyyət göstərən “Le Beck” analitik mərkəzinin mütəxəssisləri İsrailin beş cəbhədə müharibə ilə üzləşmək ehtimalını səsləndiriblər.
Ekspertlərin açıqlamasında deyilir: “Biz çox uzunmüddətli münaqişə ilə qarşı-qarşıyayıq. Bu savaşın daha da genişlənməsi üçün çox sayda dayaq nöqtələri var”.
“İran ilə onun müttəfiqləri Fələstin problemini öz ideologiyalarının əsas sütununa çeviriblər və buna görə də sadəcə kənardan durub baxa bilməzlər. Livandan hücumlar barəsində məlumatlar verilib. Suriyadan və ya hətta İraq ilə Yəməndən də hücumları hesabdan çıxarmaq olmaz. İsrail (inansa da, inanmasa da) İranı günahlandırmaqdan çəkinir, çünki bunun onu daha da sıxışdıracağını və çoxtərəfli müharibəyə gətirib çıxaracağını bilir”.
Ekspertlərin fikrincə, İran artıq bir neçə cəbhədə müharibəyə başlaya biləcəyini nümayiş etdirib. Lakin İsrail Tehranla birbaşa toqquşmalardan yan keçdiyinə görə, bir neçə cəbhədə müharibə olacağı ehtimalı zəifdir.
Hürr Tərcüman