İsrailə qarşı daha bir aksia
Hurriyyet.az
Mərakeş Fələstinə Dəstək Cəbhəsinin təşkil etdiyi tədbirdə minlərlə mərakeşli Əl Hedim meydanında toplaşıb.
“İsraillə normallaşma xəyanətdir, soyqırım müharibəsini dayandırın, Azad Fələstin” yazılı plakatlar daşıyan fəallar Fələstini və HƏMAS-ı dəstəkləyən və İsraili pisləyən şüarlar səsləndiriblər.
Yürüşdə “İsrailin Qəzza zolağında soyqırım müharibəsi”nə son qoyulması və Beynəlxalq Ədalət Məhkəməsinin qərarına əməl olunması üçün İsrailə təzyiq göstərilməsi çağırışı edilib.
İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən azı 15 min 328-i uşaq, 10 min 171-i qadın olmaqla 36 min 439 fələstinli həyatını itirib, 82 min 627 nəfər isə yaralanıb.
Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.