İsrailə qarşı yeni cəbhə açıla bilər - Abdullahian MESAJ VERDİ
2023-10-13 11:04:35
"Gələcəkdə daha çox anti-İsrail cəbhəsi açıla bilər".
Hurriyyet.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Beyruta səfər edərkən deyib.
"Qəzzanın mühasirəsi fonunda başqa cəbhələrin açılması ehtimalı var", - o əlavə edib.
Abdullahian əlavə edib ki, İran Fələstin müqavimətinə siyasi və informasiya dəstəyi verməyə davam edəcək.
O vurğulayıb ki, İran və Səudiyyə Ərəbistanı Fələstinə dəstək vermək üçün onların ümumi strategiyası çərçivəsində koordinasiya mexanizminə malikdir.
publika.az