📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsrailə raket atıldı

2023-05-02 12:14:00

İsrailə raket atıldı

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Qəzza zolağından İsrailə 3 ədəd raket atıldı. Agentliyin yazdığına görə, raketlərin atılmasına səbəb İsrail həbsxanasında cəza çəkən Xıdır Adnanın aclığının 87-ci günündə vəfat eləməsidir.

İsrail Ordusunun açıqlamasına görə, raketlərin üçü də səhra ərazisinə düşüb və HHM sistemləri onlara reaksiya verməyib.

Hürr Tərcüman