📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsrailə uçuşlar dayandırıldı: AZAL da siyahıda…

2025-05-05 17:04:45

İsrailə uçuşlar dayandırıldı: AZAL da siyahıda…

İsrailin Ben-Qurion hava limanı husilər tərəfindən hipersəsli ballistik raketlərlə hədəfə alınıb. Raket zərbələri nəticəsində hava limanının fəaliyyətində müvəqqəti məhdudiyyətlər tətbiq olunub. Bəzi reyslər dayandırılıb.

Hurriyyet.az xəbər verir ki, məlumatı “Yerusəlim Post” nəşri yayıb.

Qeyd olunub ki, son hadisələrlə əlaqədar bir neçə beynəlxalq aviaşirkət İsrailə uçuşları 7 may tarixinədək dayandırıb.

Uçuşları dayandıran aviaşirkətlər arasında Azərbaycan Hava Yolları (AZAL) da yer alır.

Axar.az