📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsrailin aviabazası vuruldu

2025-05-02 15:16:29

İsrailin aviabazası vuruldu

Hurriyyet.az xəbər verir ki, Yəməndə hakimiyyətdə olan husilər İsrailin aviabazasına raket zərbəsi endirdiklərini bəyan ediblər.
Bu barədə husi hərəkatının təmsilçisi Yəhya Saria məlumat verib. O, İsrailin Hərbi Hava Qüvvələrinin ölkənin şimalında yerləşən Ramat-David bazasına raket zərbəsi endirdiklərini bəyan edib.
Saria "Al Masirah" telekanalındakı çıxışında deyib: "Raket qüvvələri "Fələstin-2" hipersəs allistik raketi ilə Ramat-David aviabaasına zərbə endiriblər. Hədəf vurulub. HHM sistemi işə düşməyib".
İsrail tərəfi bu xəbərlə bağlı şərh verməyib.
Hürr Tərcüman