📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsrailin Baş naziri ABŞ-ın nümayəndəsini qəbul etməyib

2021-11-17 16:16:00

İsrailin Baş naziri ABŞ-ın nümayəndəsini qəbul etməyib

Hurriyyet.az xəbər verir ki, İsrailin Baş naziri Naftali Bennnett Vaşinqtonun Tehran ilə nüvə müqaviləsi müzakirələrinə etirazını bildirərək, ölkəsində səfərdə olan ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Melli ilə görüşməyəcəyini bildirib.

İsrail mətbuatının yazdığına görə, Melli ABŞ ilə İran arasında bu ayın sonunda keçirilməsi planlaşdırılan müzakirələrdən əvvəl İsrail rəhbərliyi ilə görüşmək üçün ölkəyə gəlib, Baş nazir Bennett isə “İsrail İranla 2015-ci ildə imzalanmış nüvə müqaviləsinin bərpasına razıdır” kimi qiymətləndirilməməsi üçün amerikalı diplomatla görüşməməyi qərara alıb. Mellinin İsrail səfəri zamanı Xarici İşlər naziri Yair Lapid və Müdafiə naziri Benni Qantz ilə görüşəcəyi bildirilir.

Hürr Tərcüman