İsrailin baş naziri Putinə zəng etdi
2022-03-02 23:16:00
İsrailin baş naziri Naftali Bennet Rusiya prezidenti Vladimir Putinlə telefonla danışıb. TASS xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Danışıqlar İsrail tərəfinin təşəbbüsü ilə baş tutub.
Söhbət zamanı Rusiya lideri Ukrayna ilə bağlı prinsipial mövqeyini qoruyub saxlayacağını qeyd edib.
Bundan əvvəl tərəflər arasında telefon danışığı fevralın 27-də baş tutub. \\Virtualaz.org