📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsrailin Baş nazirinin ürəyinə cihaz yerləşdirilib

2023-07-24 16:35:00

İsrailin Baş nazirinin ürəyinə cihaz yerləşdirilib

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, İsrailin Baş naziri Binyamin Netanyahu ürəyində keçirilən əməliyyatdan sonra bu gün səhər saatlarında xəstəxanadan evə buraxılıb. Bu barədə məlumatı ölkənin Nazirlər Kabinetinin mətbuat xidməti verib.

Ötən gecə əməliyyat zamanı Netanyahunun ürəyinə kardiostimulyator yerləşdirildiyi bildirilir. Baş nazir sosial şəbəkədəki paylaşmasında səhhəti ilə maraqlanan hər kəsə təşəkkürünü bildirərək, özünü çox yaxşı hiss elədiyini deyib.

Hürr Tərcüman