İsrailin ən böyük ikinci elektrik stansiyasına raket düşüb
2023-10-07 14:54:29
Qəzzadakı radikal qruplar tərəfindən atılan raket İsrailin ikinci ən böyük elektrik stansiyasının olduğu əraziyə düşüb.
Hurriyyet.az xəbər verir ki, bu barədə İsrail KİV-ləri məlumat yayıb.
Məlumata görə, İsrailin Aşkelon şəhərində Aralıq dənizi sahillərində yerləşən Rutenberq Elektrik Stansiyası raket atəşinə məruz qalıb.
Hücumun ardından stansiyanın fəaliyyətinin dayanıb-dayanmadığı haqda məlumat verilməyib.
“AzPolitika.info”