📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsrailin ən çox qorxduğu 8 ÖLKƏ: Siyahıda Türkiyə də VAR...

2026-10-11 10:09:36

İsrailin ən çox qorxduğu 8 ÖLKƏ: Siyahıda Türkiyə də VAR...

Qüdsdə yerləşən Yəhudi Xalqı Siyasət İnstitutunun (JPPI) dərc etdiyi strateji hesabatda İsrailin ən böyük təhlükə kimi gördüyü 8 ölkə sıralanıb.

Hurriyyet.net  xəbər verir ki, təqdim olunan siyahıda İsrailin hərbi və strateji cəhətdən birinci dərəcəli təhlükə kimi gördüyü ölkə İran olub.

Türkiyə isə regional güc kimi diplomatik, hərbi və strateji həmlələri ilə İsrail cəmiyyətinin ən çox narahatlıq duyduğu və yaxından izlədiyi ikinci ölkə olaraq qeydə alınıb.

Türkiyənin regiondakı çəkindirici mövqeyi və beynəlxalq aləmdə yürütdüyü siyasət İsrailin təhlükəsizlik təhlillərində əsas risk faktorlarından biri kimi qiymətləndirilib.

JPPI-nin hesabatında İsrail ictimaiyyətinin təhdid qavrayışına görə sıralanan 8 ölkə aşağıdakı kimi göstərilib:

İran

Türkiyə

Livan

Qətər

Suriya

Yəmən

Misir

Səudiyyə Ərəbistanı

Hesabat ABŞ-nin təmin etdiyi hərbi və siyasi dəstəyə baxmayaraq, İsrailin ətraf ölkələrdən qaynaqlanan təhlükəsizlik narahatlıqlarının və strateji təşvişlərinin yüksək səviyyədə qaldığını nümayiş etdirir.