📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsrailin ərəb ölkələrinə silah satışı 3 milyard dolları keçdi

2022-07-07 13:47:00

İsrailin ərəb ölkələrinə silah satışı 3 milyard dolları keçdi

İsrail ərəb ölkələrinə milyardlarla dollar məbləğində silah satışı reallaşdırıb. İsrail mediasının xəbər verdiyinə görə bu barədə ölkənin müdafiə naziri Benni Qants açıqlama verib.

Belə ki, ərəb ölkələri ilə münasibətlərin normallaşması başlayandan indiyədək Tsaxal və İsrail Müdafiə Nazirliyinin nümayəndələri Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Mərakeş və Tel-Əvivlə sülh sazişi bağlamış digər dövlətlərin nümayəndələri ilə 150 ​​görüş keçirib. Bu barədə İsrail mediasının hərbi müxbirləri ilə görüşdə müdafiə naziri Benni Qantz bildirib. Qantzın açıqlamasına görə, İsrailin ərəb ölkələrinə (İordaniya və Misiri nəzərə almasaq) hərbi məhsulları satışı 3 milyard dolları keçib.

Ülviyyə, Hurriyyet.az