📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsrailin F-16 qırıcı təyyarəsini vurduq - SEPAH

2026-03-21 17:17:56

İsrailin F-16 qırıcı təyyarəsini vurduq - SEPAH

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) elan edib ki, İranın mərkəzi səmasında üçüncü düşmən qırıcı təyyarəsi vurulub.

Modern.az “Tasnim”ə istinadən xəbər verir ki, SEPAH-ın İctimaiyyətlə əlaqələr şöbəsi vurulan təyyarənin İsrailə məxsus üçüncü düşmən qırıcısı - F-16 olduğunu bəyan edib.

İsrail qırıcısı SEPAH-ın Aerokosmik Qüvvələrinin müasir hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.

SEPAH bəyan edib ki, müharibənin ilk 3 həftəsində dronlar, kruiz raketləri, tankerlər və ultra inkişaf etmiş düşmən qırıcıları da daxil olmaqla 200-dən çox texnika uğurlu şəkildə ələ keçirilib və ya məhv edilib.