İsrailin hücumları nəticəsində Qəzzada 21 minə yaxın uşaq itkin düşüb
2024-06-24 17:21:34
"Save the Children"təşkilatının verdiyi açıqlamada, İsrailin Qəzzanın cənubundakı Rəfahda artan hücumları səbəbiylə ailələrindən ayrılan uşaqların sayının artdığı, müdafiəsiz uşaqları qoruyanlara təzyiq edildiyi bildirilib.
Açıqlamada, Qəzzada təxminən 17 min uşağın ailələrindən ayrıldığı və ya itkin düşdüyü bildirilib və təxminən 4 min uşağın dağıntılar altında, kütləvi məzarlıqlarda və ya adı açıqlanmayan məzarlarda olduğu təxmin edildiyi paylaşılıb.