📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsrailin hücumu nəticəsində Həmas liderinin bacısı və 9 nəfər həlak oldu

2024-06-25 10:31:15

İsrailin hücumu nəticəsində Həmas liderinin bacısı və 9 nəfər həlak oldu

Xarici mətbuatın məlumatına görə, İsrail ordusuna aid təyyarələr Şati Qaçqınlar Düşərgəsində Haniyə ailəsinə məxsus evə hava hücumu həyata keçirib. Hücum zamanı ev tamamilə dağılarkən, ən azı 10 ailə üzvü həyatını itirib, yaralananlar da var.

       İsrailin hücumları nəticəsində Qəzzada 21 minə yaxın uşaq itkin düşüb
İsrailin Qəzzada UNRWA məktəblərinə hücumu nəticəsində azı 11 fələstinli həlak olub.
Qəzza şəhərindəki Muammedani xəstəxanasındakı mənbələr də ölənlər arasında Haniyənin bacısı Zəhr Abdusselam Haniyenin olduğunu bildirib.

Fitr bayramı zamanı İsrail ordusu Qəzza şəhərinin qərbindəki Əl-Şati Qaçqın Düşərgəsinin sakinləri ilə bayramı qeyd etməyə gedən Həmas Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin ailə üzvlərinin çoxunun olduğu maşını vurmuş Haniyənin 3 oğlu və 4 nəvəsi hücumda həyatını itirmidi.