📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsrailin Livana hava zərbələri nəticəsində 30-dan çox insan ölüb

2026-03-02 09:34:00

İsrailin Livana hava zərbələri nəticəsində 30-dan çox insan ölüb

İsrailin Livana endirdiyi hava zərbələri nəticəsində azı 31 nəfər ölüb.

Hurriyyet.info APA-yə istinadən xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Qurumun məlumatına görə, zərbələr nəticəsində 149 nəfər də yaralanıb.

Qeyd olunub ki, həlak olanların təxminən üçdə ikisi Livanın cənubundadır.