📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsrailin Livana hücumları - 294 nəfər ölüb

2026-03-07 21:24:49

İsrailin Livana hücumları - 294 nəfər ölüb

Martın 2-dən bəri İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 294-ə çatıb.

Modern.az "Al Jazeera"ya istinadən xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyinin açıqlamasında bildirilir.

Qeyd olunub ki, İsrailin hücumları 1023 nəfərin yaralanmasına səbəb olub.

Təkcə İsrailin Livanın şərqində yerləşən Nəbi Şit qəsəbəsinə endirdiyi hava zərbələri nəticəsində azı 41 nəfər ölüb, 40 nəfər isə yaralanıb. Ölənlər arasında Livan ordusunun üç hərbçisi də var.

Daha əvvəl ölkənin səhiyyə naziri Nasir ad-Din "Al Mayadeen" televiziyasına verdiyi açıqlamada ölənlərin sayının 250-ni keçdiyini və 600-dən çox livanlının yaralandığını bildirmişdi.