📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı ardı

2026-03-24 22:31:18

İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı ardı

İsrailin Hərbi Hava Qüvvələrinin gün ərzində Livanın cənubuna endirdiyi zərbələr nəticəsində 33 nəfər ölüb, daha 90 insan yaralanıb.

Publika.az xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyinin "X" sosial şəbəkəsində bildirilib.

"Hərbi eskalasiyanın başlanğıcından bəri öldürülən vətəndaşların ümumi sayı 1 072 nəfərə çatıb, 2 966 nəfər yaralandı", - nazirlik bildirib. Livanın Daxili İşlər Nazirliyinin məlumatına görə, hərbi əməliyyatlar zonasında 1 049 328 nəfər evlərini tərk edib.