📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsrailin Moskvadakı səfiri əməliyyatla bağlı açıqlama verdi

2023-10-20 15:29:21

İsrailin Moskvadakı səfiri əməliyyatla bağlı açıqlama verdi

Hurriyyet.az xəbər verir ki, İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Svi Qəzzada quru əməliyyatlarının başlanması barəsində qərar qəbul edildiyini bəyan edib.

TASS informasiya agentliyinə açıqlama verən diplomat deyib: “Qərarın qəul edildiyini deyə bilərəm. Çünki qərar bizim artıq barəsində danışdığımız məsələlərin həll olunması ilə bağlıdır. Bu, HƏMAS-ın bütün strukturlarının dağıdılması və girovların azad edilməsidir. Quru əməliyyatları aparılmadan bunu etmək mümkün deyil”.

Ben Svi quru əməliyyatının başlanacağı vaxtını dəqiqləşdirməyib.

Hürr Tərcüman