İsrailin Müdafiə naziri ABŞ-a yola düşdü: “İrana qarşı addımları müzakirə edəcəyik”
2021-12-09 15:07:00
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadən xəbər verir ki, İsrailin Müdafiə naziri Beni Qants İranın nüvə proqramının dayandırılmasını müzakirə eləmək üçün ABŞ-a yollanıb.
Beni Qants öz amerikalı həmkarı Lloyd Ostin və Dövlət katibi Entoni Blinken ilə danışıq aparacaq. Danışqların mövzusunun İsrailin regiondakı üstünlüyünün saxlanılması yolları və Tehranın nüvə silahını yaratmasının qarşısını almaq üçün fəaliyyət planının mümkün variantları olduğu bildirilir.
Beni Qants Vaşinqona səfər ərəfəsində “Tvitter”dəki səhifəsində yazıb: “Görüşlərdə İsrailin regionda (hərbi-texniki) üstünlüyünün saxlanılması yolları və təhlükəsizlik çağırışları, o cümlədən, İranın təcavüzkarlığına qarşı addımlar müzakirə ediləcək”.
Hürr Tərcüman