İsrailin müdafiə naziri Benni Qants: İrana 2-3 il ərzində zərbə endirilə bilər
2022-12-29 10:44:00
İsrailin müdafiə naziri xəbərdarlıq edib ki, İrana 2-3 il ərzində zərbə endirilə bilər. Belə ki, İsrailin müdafiə naziri Benni Qantz İsrail Hərbi Hava Qüvvələrinin pilotlarına məzuniyyət mərasimində deyib:
"İsrail son illərdə öz hazırlıq səviyyəsini əhəmiyyətli dərəcədə artırıb və İrana hücum ehtimalına hazırlaşmaqda davam edir".
“Sizlərdən bəziləri iki-üç ildən sonra səmanı şərqə doğru keçib İranda bizim hazırlaşdığımız nüvə obyektlərinə hücumda iştirak edə bilər”, deyə nazir əlavə edib.
Ülviyyə, Hurriyyet.az